Lökbatanda 33 yaşlı şəxs qarnından bıçaqlandı

Lökbatanda 33 yaşlı şəxs qarnından bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Əhmədov Rəfail Nizami oğlu tanımadığı şəxs tərəfindən bıçaq zərbələri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

R. Əhmədov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır. //Report.az

Mənbə: redaktor.az