Polis məmuru 3 həftəlik uşağı bu cür həyata qaytardı - VİDEO

Polis məmuru 3 həftəlik uşağı bu cür həyata qaytardı - VİDEO

ABŞ-ın Miçiqan əyalətində bir polis məmuru tənəffüs çatışmazlığı yaşayan 3 həftəlik uşağı xilas edib.

Moderator.az xəbər verir ki, son dövrdə polis zorakılığı ilə gündəmə gələn ABŞ-da polis məmuru 3 həftəlik uşağı boğulmaqdan son anda xilas edib. Dünya mediasında gündəmə çevrilən hadisə zamanı çarəsiz ananın təlaşı polis avtomobilindəki kameralara əks olunub.

Hadisə zamanı ailəni sakitləşdirdikdən sonra uşağa müdaxilə edən polis məmuru "Soyuqqanlılığımı itirsəydim, nəticə daha pis olardı" deyib.

Kamran

Mənbə: moderator.az