“Polis rəisi mənim oğlanlarla lüt şəklimi yayacağını dedi”

Lənkəran sakini, 1989-cu il təvəllüdlü Vüsalə Əliyevanın qızı Diana Əliyevanın Lənkəran rayon polis şöbəsinin əməkdaşı Orxan Şahmarov tərəfindən cinsi təcavüzə məruz qoymasıyla bağlı saytımızda yayımlanan informasiyadan sonra, onlar yenidən redaksiyamıza müraciət etdilər. Vüsalə Əliyeva Lənkəran rayon Polis bölməsi tərəfindən şantaj edildiyini bildirir. O, polis rəisi Fəqan Azadəliyevin, qızı Diananı onu həbs edəcəyiylə qorxutduğunu deyib:

“Mən, cənab nazir Vilayət Eyvazova müraciət edirəm. Adi bir vətəndaşdan şikayət edilsəydi, onu dərhal həbs edərdilər. Lakin, polis və öz əməkdaşları olduğu üçün, inadla məsələni ört-basdır edirlər. Birbaşa, Lənkəran rayon polis rəisi tərəfindən iş bağlanılır. Fəqan Azadəliyev övladımı məni həbs olunacağımla qorxudur. Məni hansı əməlimə görə həbs edəcəklər?…Cinayət törətməmişəm və yaxud da oğurluq etməmişəm. Hansı əsasla məni həbs edəcəksiz? Uşağa qarşı cinayət törədilib. Həmin şəxsi niyə həbs etmirsiz bəs?…Gücünüzü mən göstərirsiniz?…Siz, ata-ananı müzakirə etməyin. Uşağa qarşı baş verən məsləni araşdırın. Lənkəran polis bölməsinin rəisi qızıma deyir ki, sənin digər polis əməkdaşlarıyla şəklin var. Biz onu yayacayıq. Varsa, etirazımız yoxdur. Buyrun yayın. Bu rəis, mənə polis adının qoruduğunu deyirdi. Bəs indi niyə Orxan Şahmarovu müdafiə edirsiniz? Lənkəran rayon İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar hara baxır?…Uşağa qarşı cinayət törədilib. Neçə vətəndaşdan Diananın adından istifadə olunaraq, pul alınıbdır. Guya, həmin vətəndaşlar Dianaya qarşı təcazvüz edibdir. Təhdid edilərək pulu alınan vətəndaşlar bizə zəng vurub. Onların səs yazısı bizdə var. Birindən 6000 azn, birindən 10000 azn pul alınıb. Bu rəis mənim uşağımı bütün Lənkərana biabr edibdir. Qızımı əxalqsızlığa sürükləyib. Əgər, mən şər atıramsa, mən cəzamı çəkməyə hazıram. Əksinə, siz məni şərləyib həbs etmək istəyirsiniz. Mən, ümumi polis adına danışmıram. Polisimi sevirəm. Lakin, Orxan Şahmarov kimiləri də var. Avropa məhkməsinə kimi gedəcəm. Ta ki, ədalət bərpa oluna kimi mübarizə aparacam. Cənab Prezidentə, Vitse-prezident Mehriban xanım Əliyevaya və Cənab nazirə müraciət edirəm ki, məsələylə bağlı ciddi ölçü götürülsün. Bir ana kimi bunu sizdən xahiş edirəm”.

Təcavüzə məruz qalmış azyaşlı Diana, Lənkəran rayon Polis bölməsinin müstəntiqi Bəyəmir Cahangirovun ona zəng edib bölməyə dəvət etdiyi bildirdi. Gündüz saatlarında bölməyə aparılıb və bölmədə saatlarla saxlanıldıqdan sonra qəbul olunan Diana saat 12 radələrində evinə aparılıb. Bölmənin rəisi Fəqan Azadəliyevin qəbuluna aparılan zaman anasının həbs ediləcəyini və onun polislərlə lüt şəkillərinin olduğu bildirilərək, şəxsi telefonu əlindən alınıb. Daha sonra isə, onu videoya çəkib, anasını şərləməklə bağlı söhbət aparılıb. Hər halda bunu təcavüzə məruz qalmış azyaşlı qız deyir:

-Bəyəmir müəllim sənə zəng edib nə dedi?

-İşimi aparan Bəyəmir müəllim, zəng edib dedi ki, gəl şöbəyə sənə sözüm var. Şöbəyə getdim. Bildirdi ki, mən hazırda Bakıya gedirəm, dördüncü gün zəng edəcəm gələrsən, Orxanın işini ətraflı danışarıq. Bunları danışandan sonra Cavidan müəllim gəldi. O, bölmə rəisi Fəqan Azadəlyevin, məni yanına çağırdığını bildirdi. O, məni bölmə rəisinin otağına apardı. Fəqan müəllim mənə, anamın tutduracağını dedi. Daha sonra, telefonumu əlimdən aldılar. Mənə dedilər ki, sənin oğlanlarla lüt şəklin var. Şəkli yayacaqlarıyla bağlı məni təhdid etdilər.

-Bunu sənə deyən Lənkəran rayon polis idarəsinin rəisi idi?

-Bəli

-Sən onun Lənkəran rayon polis idarəsinin rəisi olduğuna əmin idin?

-Bəli, mənə dedi ki, sənin oğlanlarla şəklin var. Məhz, bu telefondadı. Telefonu əlimdən aldılar və yoxlayacaqlarını dedilər.

-Bəs, daha sonra nə dedilər?

-Dedilər ki, səni videoya çəkəcəyik. Videoda bildirərsən ki, anan Orxanı şərləyib. Anamı tutacaqlarıyla bağlı məni təhdid etdilər. Daha sonra, mənə məcburi şəkildə ərizə yazdılar ki, guya, anam polisləri təhqir edib. Mənə də anama qarşıyammış…

-Sən ərizəni yazdınmı?

-Bəli

-Sənə ərizəni yazdıran kim idi?

-İşimi aparan Bəyəmir müəllim

-Ərizədə nə yazdın?

-Anamın guya, Orxanı şərləyib. Mən də anamdan imtina edirəm. Telefonumu da əlimdən aldılar.Daha sonra, tapşırıq verdilər ki, məni evə aparsınlar. Məni gündüz vaxtı polis bölməsinə aparıb, gecə 12-də evə gətirdilər.

-Gecə saat 12-yə kimi səndən nə soruşurdular?

-Mənə dedilər gözlə, müstəntiq gələcək. Xeyli vaxtdan sonra o, gəldi.

-Səni niyə lüt şəkillərinin olmasıyla bağlı ittiham edirdilər?

-Elə bir şey yoxdur. Amma, inadla bunun olduğunu deyirdilər. Rəis mənə, şəkilləri çıxaracağını və yayacağını bildirdi.“Hürriyyət qəzeti”

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

"Bill Qeytslə sevgili olmağımız yalandır" - İlon Mask

SONRAKI XƏBƏR

Rusiyada koronavirusa qarşı peyvəndlənmə pulsuz olacaq