Sankt-Peterburqda bomba həyəcanı

Sankt-Peterburqda bomba həyəcanı

Sankt-Peterburqda 500 kiloqramlıq hava bombası zərəsizləşdirilib.

Axar.az xəbər verir ki, mərmi Pulkovskoe şossesinin yaxınlığındakı bir tikinti sahəsində işçilər tərəfindən tapılıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri əvvəlcədən mərmini xüsusi kabellərlə bağlayaraq bombanı maşına yükləyiblər.

Sonra bomba Sankt-Peterburq yaxınlığındakı hərbi təlim poliqonundan götürülərək məhv edilib.

Mənbə: axar.az