Ermənistan ordusunun hərbi hissə komandiri ölüb

Ermənistan ordusunun hərbi hissə komandiri ölüb

Bu gün Ermənistanın Qeğarkunik vilayətində avtoqəza baş verib. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 14:00 radələrində Sevan-Tsovaqyuğ-Şorja avtomobil yolunun 47 km hissəsində hələlik naməlum şəraitdə BMW markalı avtomobil yolda aşıb.
Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə "Tsambarak" tibb mərkəzinə yerləşdirilib.
Məlumata görə, ölmüş şəxs Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində komandir kimi xidmət edən 38 yaşlı A.Q-dır və o, sərnişin olub, sürücü isə 46 yaşlı K.K-dır.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az