Somalidə partlayış törədildi, ölənlər var

Somalidə partlayış törədildi, ölənlər var

Eastnews.org-un verdiyi xəbərə görə, bu gün Somalinin paytaxtı Moqadişu şəhərinin dəniz limanı yaxınlığında kustar üsulla hazırlanan partlayıcı qurğunun işə düşməsi nəticəsində azı üç nəfər həyatını itirib.

Bu barədə “Sinxua” agentliyi tibb işçilərinə istinadən məlumat yayıb.

“Üç nəfər ölüb, daha dörd nəfər yaralanıb”, - deyə "Amin Təcili yardım" xeyriyyə təşkilatının əməkdaşı bildirib.

Ölənlər arasında hərbçilərin olduğu qeyd edilir.

Mənbə: eastnews.org