İnsanlar itləri və pişikləri virusa yoluxdurur

Koronavirusun yenicə yayıldığı vaxtlarda mütəxəssisləri həm də heyvanların infeksiyaya yoluxub-yoluxmaması sualı düşündürürdü. Zamanla buna cavab tapıldı. İnsanlar heyvanları virusa yoluxdururmuş.

Bizimyol.info xəbər verir ki, koronavirusun tüğyan etdiyi İtaliyanın Lombardiya bölgəsində aparılan tədqiqat maraqlı nəticə ortaya çıxarıb. İnsanlar daha çox ev heyvanlarını – itləri və pişikləri virusa yoluxdururmuş.

Tədqiqatda 540 it və 277 pişik virus testinə cəlb olunub. İtlərin 3.4, pişiklərin 3.9 faizində infeksiya aşkarlanıb.

Almaniya Heyvan Sağlamlığı İnstitutunun rəhbəri Tomas Mettenleyter “Deutsche Welle”yə nəticələrin onu təəccübləndirmədiyini bildirib. Onun sözlərinə görə, sadəcə, bildiklərinin sübutunu gördülər.

Mettenleyter deyib ki, insanlar başqaları ilə sosial məsafəni qoruduğu halda ev heyvanlarına həssas yanaşmır. Almaniya Heyvan Sağlamlığı İnstitutu da bu istiqamətdə tədqiqat aparır. Qurum başqa ev heyvanlarını da prosesə cəlb edəcək.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər (FOTO)

SONRAKI XƏBƏR

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlandı