Bakıda sürücü qarşısına çıxan heyvana siqnal verdiyi üçün sərnişini ilə birlikdə küt alətlə döyülüb

Bakıda sürücü qarşısına çıxan heyvana siqnal verdiyi üçün sərnişini ilə birlikdə küt alətlə döyülüb

Bakının Xəzər rayonunda iki nəfər döyülüb.

APA xəbər verir ki, hadisə Albalılıq qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Mirzəyev Əziz Şaiq oğlu idarə etdiyi avtomobil ilə küçədə qarşısına çıxan keçən iribuynuzlu heyvana səs siqnalı verib. Bundan hiddətlənən heyvan sahibi sürücü Ə.Mirzəyev və avtomobildə onun qardaşı, 1999-cu il təvəllüdlü Mirzəyev Mahmud Şaiq oğlunu döyüb. Onlara küt alətlə zərbə vurub. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

 

Mənbə: apa.az