Cənubi Koreyada leysan yağışlar 12 nəfərin ölümünə səbəb olub

Cənubi Koreyada leysan yağışlar 12 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Cənubi Koreyada leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində qurbanlarının sayı 4 gün ərzində 12 nəfər olub, daha 14 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Təbii Fəlakətlərə və Qəzalara əks təsir üzrə Mərkəzi Qərargahı xəbər verib.

Bildirilir ki, ölənlərdən biri Seul, yeddisi Kyonqido əyalətinin və dördü Çxunçxon-Puktonun sakinləridir.

Ölkədə 600-dən çox yaşayış evinə zərər dəyib, 5 min hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb, mindən çox insan təxliyə edilib.

Mənbə: az.trend.az