"Yardımlıda da əməliyyata ehtiyac var..." - İTTİHAM

"Yardımlıda da əməliyyata ehtiyac var..." - İTTİHAM


DİA.AZ: - "Yardımlıda da DTX-nin əməliyyatına ehtiyac var. Hər halda, bu vaxta qədər rayonun icra başçısı Ayaz Əsgərovun etdikləri lazımi səviyyədə araşdırlarsa, buna şübhə qalmaz və hüquq-mühafizə orqanları ciddi dəlillər əldə edə bilər". Bu sözlər DİA.AZ-a Yardımlı sakinləri adından edilən müraciətdə yer alıb.
Son dönəmlərdə Dövlət Təhlükəsizlik Xidmətinin bir sıra rayon icra hakimiyyəti başçılarını ifşa əməliyyatlarını təqdir edən və alqışlayan Yardımlı sakinləri bildirirlər ki, həbs olunan başçıların dövründə Yevlaxda, Ağstafada, Neftçalada, Biləsuvarda, İmişlidə yaşananlar hazırda onların rayonunda da cərəyan edir. Sakinlər dia.az-a yazır:
"Bizim rayonda da sıravi vətəndaşın haqq səsi batırılır, şikayətlər qulaqardına vurulur, sahibkarların obyektləri dağıdılır, yarım pulları yeyilir, dövlətin Yardımlı camaatının sosial rifahı məqsədilə ayırdğı büdcə vəsaitləri mənimsənilir və bütün bunların başında RİH rəhbəri Ayaz Əsgərov cənabları dayanır. Onun müavini Mahir Quliyevin isə Yardımlı sakinlərinə etdiyi zülmə bir izah tapan yoxdur.
Ayaz Əsgəroov-Mahir Quliyev cütlüyü bu gün Yardımlını şəxsi mülkü kimi idarə edir. Neçə-neşə sahibkarın torpağını əlindən alıb, iş yerini, obyetkini, təsərrüfatını məhv edən bizim icra başçısına kimsə bata bilmir. Amma inanırıq ki, artıq dövlətin müvafiq qurumları əzmkarlıqığını davam etdirib, anoloji əməliyyatlardan birini də Yardımlıda keçirəcək".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mənbə: www.dia.az