Pirşağı çimərliklərinə kanalizasiya suları axıdılır - Video

Pirşağı çimərliklərinə kanalizasiya suları axıdılır - Video

Bakının Pirşağı qəsəbəsində yerləşən çimərliklərə kanalizasiya suları axıdılır.

Bizimyol.info xəbər verir ki, bu barədə həm sosial şəbəkələrdə paylaşılan videogörüntüdə bildirilib.

Videoda qeyd edilib ki, qəsəbə ərazisində formalaşan tullantı suları bir neçə axar vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən sahil zolağından dənizə axıdılır.

Üfunətli qoxunu və xəstəlikləri də dənizə daşıyan bu suyun illərdir dənizə axıdıldığını iddia edilir.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin ərazidə kanalizasiya infrastrukturu yoxdur: “Baş Planda həmin ərazidə kanalizasiya infrastrukturunun qurulması nəzərdə tutulur”.

Ramid İbrahimov

 

 

Mənbə: www.bizimyol.info