Qazdoldurma məntəqəsində atışma: 1 ölü, 1 yaralı

Qazdoldurma məntəqəsində atışma: 1 ölü, 1 yaralı

Ankarada Bəkir adlı şəxs həyat yoldaşı Diləyi işlədiyi qazdoldurma məntəqəsinin kafesində tapança ilə vurub, daha sonra isə qazdoldurma məntəqəsinin müdiri Məhəmməd Akifi ağır yaralayıb.

Cebhe.info xəbər verir ki, cinayəti törədib qaçan Bəkir polis tərəfindən tapılıb və bölməyə aparılıb.

Məlumata görə, həyat yoldaşı Dilək hadisə yerində həyatını itirib. Yaralı olan Məhəmməd Akif isə tibbi personal tərəfindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, Bəkir həyat yoldaşı Diləyi müdiri Məhəmməd Akifdən qısqandığı iddia edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info