Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb

Livanın paytaxtı Beyrut şəhərində limanda baş vermiş şiddətli partlayışda ölənlərin sayı 113-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı ölkənin Səhiyyə naziri Həmad Həsənə istinadən məlumat yayıb.

Nazir 4 minə yaxın insanın partlayış nəticəsində müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.

Bundan əvvəl partlayışda 108 nəfərin həlak olduğu açıqlanmışdı.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya əcnəbilərin ölkəyə giriş şərtlərini yüngülləşdirib

SONRAKI XƏBƏR

Beyrutdakı partlayışa görə liman administrasiyasının bütün əməkdaşları ev dustağı edilib