Beyrutdakı partlayışın altından rus biznesmen çıxdı: - Dəfələrlə xəbərdarlıq edilsə də...

Beyrutdakı partlayışın altından rus biznesmen çıxdı: - Dəfələrlə xəbərdarlıq edilsə də...

Ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışla bağlı yeni faktlar üzə çıxıb.
“MediaPost” kommersant.ru-ya istinadən xəbər verir ki, Livan rəsmilərinin 6 il boyunca Beyrut limanında saxlanılan ammonium nitrat təhlükəsi haqqında dəfələrlə xəbərdarlıq edildiyi ortaya çıxıb. Belə ki, Livan gömrük müdiri Badri Dahər ölkənin rəsmilərinə dəfələrlə limanda saxlanılan 2.750 tonluq ammonium nitrat haqqında məlumat verib. Gömrük əməkdaşlarının rəsmilərdən təhlükəli maddəni anbardan daşımağı istədikləri, lakin qətiyyən icazə verilmədiyi üçün bunun mümkün olmadığı bildirilib.
Bununla yanaşı təhlükəli yükün rus biznesmen İqor Qreçuşkin tərəfindən 2013-cü ilin sentyabr ayında tərk edildiyi və 6 il boyunca limanda saxlanıldığı qeyd olunub.
İnternetdə yayımlanan sənədlər sözügedən şəxsin limandakı maddələri orduya vermək və ya lazımi bir şirkətə satmaq məqsədi ilə daşıdığını, lakin hər hansı bir cavab almadığı üçün limanda qoyduğunu ortaya çıxarıb.
Yükün sözügedən tarixdə Gürcüstandan Afrikaya gedərkən yaranan bir problem səbəbi ilə dayanmaq məcburiyyətində qalan “Moldova Bayrağı” adlı karqo gəmisi ilə paytaxta gətirildiyi vurğulanıb.
Hazırda həyat yoldaşı İrina ilə Cənubi Kiprdə yaşayan İqor Qrençuşkin ölümcül karqo gəmisini Beyrutda tərk etməkdə ittiham olunur.

Mənbə: www.dia.az