Füzulidə traktor qoşquları ilə birgə yandı

Füzulidə traktor qoşquları ilə birgə yandı

Bu gün Füzuli rayonunda yanğın olub.

Publika.az xəbər verir ki, rayonun Qarabağ kəndində ”Беларус” markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşqulara yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: publika.az