ABŞ-da koronavirusdan daha 1 399 nəfər öldü

ABŞ-da koronavirusdan daha 1 399 nəfər öldü

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 57 540 yoluxma aşkarlanıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, ABŞ-da son 24 saatda virusdan həm də 1 399 nəfər ölüb.

O da bildirilir ki, ölkədə indiyədək 4 771 519 nəfər COVID-19-a yoluxub, virusa yoluxan 156 839 nəfər həyatını itirib.

Xəstəlikdən sağalanların sayı isə 1,5 milyon nəfərdir.

Mənbə: virtualaz.org