Livanda həbslər başladı

Livan hökuməti Beyrutdakı partlayışdan dolayı liman məmurları barəsində ev dustaqlığı qərarı verib.

Axar.az Röyters-ə istinadən xəbər verir ki, belə qərarın verilməsinə səbəb kimi 2750 ton ammonium nitratın 6 il ərzində Beyrut limanında saxlanılması göstərilib.

Ev dustaqlığına məhkum edilmiş məmurların sayı açıqlanmayıb.

Qeyd edək ki, ötən gün baş verən partlayış nəticəsində ən azı 113 nəfər ölüb. Yaralıların sayı isə 4 mindən çoxdur.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Dünyada hər 15 saniyədə bir nəfər ölür – Reuters

SONRAKI XƏBƏR

Qəbələdə küçəyə Polad Həşimovun adı verildi - FOTO