Somalidə hərbi hissəyə hücum: 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb

Somalidə hərbi hissəyə hücum: 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb

Somalinin cənubunda yerləşən Baidoa şəhərindəki hərbi bazaya hücum nəticəsində azı 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “A Haber” yayıb.

Hücumu terrorçu “Əş-Şəbab” qruplaşmasının törətdiyinə dair məlumat yayılıb.

Hadisə Daynunay kəndində törədilib. Bu yaşayış məskəninə əvvəllər də hücumlar edilib.

 

 

Mənbə: moderator.az