Virusdan hər 15 saniyədə 1 nəfər ölür

Virusdan hər 15 saniyədə 1 nəfər ölür

Dünyada koronavirusdan ölənlərin sayı 700 min nəfəri keçib. Planetdə virusdan hər 15 saniyədə 1 nəfər ölür.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Con Hopkins İnstitutunun məlumatında bu haqda danışılır. Elm müəssisəsi hər saatda 247 nəfərin infeksiyadan həyatını itirdiyini açıqlayıb.

Son iki həftədə dünyada sutka ərzində virusa yoluxanların ümumi sayı yalnız bir dəfə 200 mindən az olub. Təxminən 4 günə daha 1 milyon nəfərin infeksiyaya yoluxduğu üzə çıxır. Ay ərzində 100 mindən çox insan COVİD-19 üzündən həyatla vidalaşır.

Həftənin sonuna qədər virusa yoluxanların sayı ABŞ-da 5, Braziliyada 3, Hindistanda 2 milyon nəfərə çatacağı ehtimal edilir. Dünyada isə bu sayın 20 milyonu keçəcəyi gözlənilir. İndiyə qədər ümumilikdə 18.8 milyon nəfər virusa yoluxub.

Mənbə: www.bizimyol.info