Fəhlənin qolu amputasiya olundu

Fəhlənin qolu amputasiya olundu

Zaqatalada zavodunda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala rayonu ərazisində fəaliyyət göstərən asfalt zavodunda baş verib.

Zavodda fəhlə işləyən, Balakən rayon sakini, 1967-ci il təvəllüdlü Eldar Süleyman oğlu Dərvişzadə ehtiyatsızlıqdan sağ qolundan ağır xəsarət alıb. E.Dərvişzadə iş yoldaşlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, dərhal əməliyyat olunub, sağ qolu bazu hissədən amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az