Dərbəndin keçmiş icra başçısı niyə həbs edildi - SƏBƏB

Dərbəndin keçmiş icra başçısı niyə həbs edildi - SƏBƏB

Dağıstanın Dərbənd rayonunun keçmiş rəhbəri Qurban Qurbanovun həbs edilməsinin səbəbi məlum olub.

Publika.az xəbər verir ki, onun torpaq sahəsinin qanunsuz ayrılması işi üzrə həbs edildiyi bəlli olub.

Onun evindən axtarış aparılıb və maddi sübutlar götürülüb. Sabiq icra başçısının ümumilikdə 56 hektar ərazini ona yaxın olan şəxslərə ayırdığı iddia edilir.

Mənbə: publika.az