İqtisad Universitetinin direktoru saxlanıldı

İqtisad Universitetinin direktoru saxlanıldı

Dərbənd rayonunun keçmiş rəhbəri Qurban Qurbanov saxlanılıb.

Axar.az xəbər verir ki, bu məlumatı "Molodyoj Daqestana" öz mənbələrinə istinadən yayıb. Onun qanunsuz torpaq payları ayırmaq cinayət işi üzrə saxlanıldığı vurğulanıb.

Qeyd edək ki, Qurban Qurbanov 1998-2014-cü illər ərzində Dərbənd rayonuna rəhbərlik edib. 2014-cü ildə o, Dağıstanın o zamankı lideri Ramazan Abdulatipovun böyük təzyiqləri sayəsində istefaya göndərilmişdi. İstefaya gondərilməsinə rəsmi səbəb kimi qanunsuz torpaq paylanılması göstərilsə də, 2018-ci ildə məhkəmə ona qarşı bu ittihamların hamısını rədd edib.

Qurbanov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru vəzifəsini icra edir.

Mənbə: axar.az