Beyrut partlayışının arxasındakı rus biznesmen – Dünyanı silkələyən iddia

Livanın paytaxtı Beyrutda yüzdən çox insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olan patlayıcıların rusiyalı iş adamı İqor Qreçuşkin tərəfindən bu ölkəyə gətirildiyi ortaya çıxıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, partlayıcı maddələrin 2013-cü ilin sentyabr ayında Qreçuşkin tərəfindən imtina edildiyi, altı il ərzində limanda saxlanıldığı bildirilib.

İddiaya görə, maddələr Livan ordusuna və ya hansısa silah şirkətinə satmaq üçün Beyruta gətirilib. Amma alıcı tapılmadığı üçün hava limanının anbarında saxlanılıb.

Əlavə edək ki, dünən Livanın paytaxtında baş vermiş güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4000-dən çox insan yaralanıb.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

AzVision-9 I Karantindən narazılar, razılar və geosiyasi Tik-Tok şou - VİDEO

SONRAKI XƏBƏR

Britaniya Livana 5 milyon funt sterlinq dəyərində humanitar yardımı edəcək