Lənkəranda 100 min manatlıq qızıl oğurlayan “Malış” saxlanıldı

Lənkəranda 100 min manatlıq qızıl oğurlayan “Malış” saxlanıldı

Lənkəranda quldurluq törədən şəxslərdən birinin kimliyi məlum olub.

Hadisə üç gün əvvəl Lənkəran şəhərində qeyri-aşkar şəraitdə baş verib.

Belə ki, Lənkəran şəhəri, Fizuli küçəsində yaşayan Tural Telman oğlu Fətullazadə atasına məxsus olan zərgərlik məmulatları mağazasına gedərkən maskalı şəxslərin hücumuna məruz qalıb.

Onun baş nahiyəsinə beşbarmaqla xəsarət yetirərək əlindəki çantada olan təxminən 100 min manatlıq qızıl-zinət əşyaları aparılıb.

Qeyd edək ki, hadisədə bir neçə şəxsin iştirak etdiyi ehtimal edilir. Basqın edənlərin qırmızı rəngli avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşdığı deyilir.

Bu gün bir neçə nəfərin fakt üzrə şübhəli şəxs qismində saxlanıldığı xəbəri yayılıb.

Dəstəyə başçılıq edən şəxsin keçmiş polis əməkdaşı olduğu bildirilir.

“Malış” ləqəbli keçmiş polis əməliyyatçısı bir neçə il əvvəl işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.

Report

Mənbə: press.az