Ankarada İŞİD əməliyyatı: 10 nəfər saxlanıldı

Ankarada İŞİD əməliyyatı: 10 nəfər saxlanıldı

Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatı üçün fəaliyyət göstərdikləri müəyyən edilən 10 nəfər saxlanılıb.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, Ankara Polis İdarəsi şübhəlilərin qeyri-qanuni yollarla Ankaraya gəlib İŞİD tərəfdarları ilə əlaqə yaratdıqlarını müəyyən edib.

Antiterror qrupları kimlikləri müəyyən olunan şübhəlilərin yaxalanması üçün ünvanlarına basqın edib. Əməliyyatda İŞİD üçün şəhərdə fəaliyyət göstərdikləri müəyyən edilən 10 xarici vətəndaş saxlanılıb.

Şübhəlilər tibbi yoxlamadan sonra polis idarəsinə aparılıb.

İstintaq davam etdirilir.

Mənbə: cebhe.info