Kardaşyandan müsəlman ölkəsi üçün çağırış: “Dua edin”

Kardaşyandan müsəlman ölkəsi üçün çağırış: “Dua edin”

 

Erməni əsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyan 135 nəfərin ölümü ilə nəticələnən güclü partlayışın baş verdiyi Beyruta dua çağırışı edib.

Teleqraf.com xəbər verir ki, Kim Tvitterdə bunu “Beyrut üçün dua et” (#PrayForBeirut) həştəqi ilə paylaşıb.

Əlavə edək ki, Livanın paytaxtında baş verən partlayışda ölənlərin sayı 135 nəfərə çatıb. Xilasedicilər binaların dağıntıları altında qalanların axtarışını davam etdirir. 5 minə yaxın insan xəsarət alıb, 250 minə yaxın insan evsiz qalıb. Ölənlərin sayının artacağı gözlənilir.

Livan prezidenti Mişel Aun partlayışa altı il Beyrut limanının anbarında saxlanılan 2.750 ton ammonium nitratının səbəb olduğunu açıqlayıb.

 

Mənbə: teleqraf.com