Erməni hərbçilər qəzaya düşdü – Ölü və yaralılar var

Erməni hərbçilər qəzaya düşdü – Ölü və yaralılar var

Ermənistanın Gümri-Spitak yolundan hərəkət edən erməni hərbi qulluqçularına məxsus avtomobil qəza keçirib.

Avropa.info xəbər verir ki, məlumata görə, BMW yolun hərəkət hissəsindən çıxaraq 100 metr aralıdakı xəndəyə uçub. Qəza nəticəsində müqavilə əsasında xidmət edən Spartak A. hadisə yerində ölüb. Digərləri müxtəlif dərəcəli yaralar alıb.

Erməni hərbçilərinin birinin vəziyyəti olduqca ağır, digərlərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Mənbə: avropa.info