Bakıda ata 2 yaşlı oğlunun boğazını bu evdə kəsdi - TƏFƏRRÜAT (Fotolar-Video)

Bakıda atanın 2 yaşlı doğma oğlunun boğazını kəsməsinin təfərrüatları məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, 1970-ci il təvəllüdlü Xazıyev Emil Mamedoviç həyat yoldaşı ilə ayrılıb. Anası onların birgə nigahdan olduğu övladı 2018-ci ildə anadan olan Şabanov Öməri atasının görməsi üçün ərinin yaşadığı Səbail rayonu, 20-ci sahə yaşayış massivi Şahlar Allahverdiyev küçəsi 67 ünvanındakı mənzilə gətirib. Bir müddət sonra geri qayıdarkən əri ona övladının boğazı kəsilmiş fotosunu göndərib. Hadisəni törədən şəxs daha sonra bıçaqla öz boğazını kəsib. O, ağır vəziyyətdə xəstəxanaya çatdrılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır. Ana polis əməkdaşlarının köməyi ilə təcili yardımla övladını K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD xəstəxanası) çatdırıb. Həkimlərin səyi ilə azyaşlının həyatını xilas etmək mümkün olub.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) Baş həkimi Səadət Ələsgərova Unikal.org-a açıqlamasında bildirib ki, Ömər Şabanovun vəziyyəti ağır olaraq qalır:

"Uşağın boyun hissəsində qanaxma olan böyük yara var idi. Qan bankına müraciət edərək, azyaşlıya qan köçürüldü. Təcili cərrahlarımız uşağı əməliyyat elədilər. Boyun əzələlərinin, traxeyanın kəsik yarası ilə, cərrahi müdaxilə edildi. Hazırda uşaq reanimasiyada süni ventilyasiya aparatının dəstəyi ilə saxlanılır. Vəziyyəti çox ağır olaraq qalır".

Müxbir: Famil Fərhadoğlu

Foto - Video - Müzəffər İsmayılov

 

 

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

ABŞ kəşfiyyatı Riyadda uran emalı zavodu yaradılmasını araşdırır

SONRAKI XƏBƏR

Oğlunu itirib "kef edən" Ebru Şallı OD PÜSKÜRDÜ: "Heç kimə hesab verən deyiləm!" - FOTO