Ermənistanda qəzada 1 hərbçi ölüb, 3-ü yaralanıb

Ermənistanda qəzada 1 hərbçi ölüb, 3-ü yaralanıb

Ermənistanın şimalında, Gümrü-Spitak xəttində hərbçiləri daşıyan “BMW” markalı avtomobil magistral yoldan xəndəyə düşüb.

Cebhe.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Nəticədə 1997-ci il təvəllüdlü hərbçi ölüb, 1998, 1991, 1988-cu il təvəllüdlü 3 hərbçi isə yaralanıb.

Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirib.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info