Rusiyada dəmiryol stansiyasında partlayış - Ölən var

Rusiyada dəmiryol stansiyasında partlayış - Ölən var

Bakı. Trend:

Rusiyanın İvanovo şəhərində dəmiryol stansiyasının deposunda partlayış olub.

Trend-in məlumatına görə, depoda təmir işləri zamanı sisterndə buxar partlayıb.

Hadisə nəticəsində deponun bir işçisi həlak olub. Daha bir nəfər isə ikinci dərəcəli yanıq xəsarəti alıb.

 

Xəsarət alan işçi xəstəxanaya yerləşdirilib.

Mənbə: az.trend.az