Yetkinlik yaşına çatmayan qızı aldı, şiddətli əzablarla... – Şok təfərrüat

Bərdə rayonunda arvadını özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan Qubadlı rayonunun Tinli kəndində qeydiyyatda olan 1995-ci il təvəllüdlü Rövşən Şəmilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Rövşən Şəmilov 2015-ci ilin mart ayından Samirə Əhmədova (ad və soyad şərtidir – red.) faktiki ər-arvad munasibətlərində yaşamağa başlayıb. Onların uşaqları olub və qadın hec yerdə işləmədiyinə gorə maddi və sair cəhətdən Rövşən Şəmilovdan asılı vəziyyətə düşüb.

2018-ci ildən etibarən ailə munasibətləri zəminində yaranmış munaqişələr zamanı Rövşən Şəmilov nalayiq ifadələrlə söyüşlər söyüb, onu təhqir edib. Rövşən Şəmilov qadını mutamadi olaraq alcaldıb, ona psixi iztirablar verib.

O, 2019-cu il avqustun ortalarında Samirə Əhmədovaya qarşı qanunsuz hərəkətlərinin şiddətini bir qədər də artırıb, arvadını yumruq-şillə ilə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Avqustun 22-də təxminən saat 09.00-da Rövşən Şəmilov arvadı Samirə Əhmədovanı hər hansı əsaslı səbəb olmadan aralarında narazılığı bəhanə etməklə novbəti dəfə “Şərəfsiz atanın, qızını yoldan cıxardan baştutan ananın qızı” kimi nalayiq ifadələrlə və soyuşlərlə söyüb.

Daha sonra o, arvadını təhqir edərək ləyaqətini alcaltmaqla Bərdə şəhəri, Meşəçilik İnstitutu ərazisində yerləşən fərdi yaşayış evində amansızcasına döyüb.

Samirə Əhmədova qurtuluşu yalnız özünü öldürməkdə görüb, 22 avqust 2019-cu il tarixdə, saat 21.00-da yaşadığı evin giriş qapısından özünü asaraq öldürüb.

İstintaq araşdırması zamanı məlum olub ki, Rövşən Şəmilov 19 aprel 2015-ci il tarixdə evlənərkən Samirə Əhmədova yetkinlik yaşına çatmaylb.

O, Ağcabədi sakini, 2000-ci il təvəllüdlü Samirə Əhmədova ilə qeyri-rəsmi evləndikdən sonra Bərdə rayonu Xam Torpaq deyilən qaçqın şəhərciyində yerləşən evində 24 mart 2016-cı il tarixədək cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Rövşən Şəmilovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Bərdə rayon Məhkəməsinin hökmü ilə Rövşən Şəmilov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rövşən Şəmilov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını, cəzasının şərti hesab edilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əlizamin Abdullayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Rövşən Şəmilovun apelyasiya şikayəti təmin olunmayıb.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Dünya ulduzlarını geyindirən livanlı dizaynerlərin atelyeləri dağıntılar altında qaldı - VİDEO

SONRAKI XƏBƏR

"Necə olur polis, prokurorluq, hərbi komissarlıq birləşmir, amma təhsil şöbələri birləşir?" - deputat