Beyrut partlayışında ölən nüfuzlu şəxslər siyahısına daha biri əlavə olundu

Beyrut partlayışında ölən nüfuzlu şəxslər siyahısına daha biri əlavə olundu

Livanın paytaxtı Beyrutdakı partlayış zamanı həlak olan nüfuzlu şəxslərin siyahısına daha biri daxil olub.

Publika.az xəbər verir ki, məşhur fransız memarı Jan-Mark Bonfis partlayış zamanı dünyasını dəyişib.

Bu barədə Fransanın Mədəniyyət naziri Rozelin Baçelot tvitterdə yazıb.

Qeyd edək ki, Jan-Mark Bonfis Fransada bir neçə böyük layihəni, o cümlədən iki hotel və 900 yaşayış binası olan Avropanın ən böyük qolf kompleksini ərsəyə gətirib. O, Beyrutun mərkəzinin yenidən qurulmasına dair keçirilən layihə yarışmasının qaliblərindən biri olub.

Əlavə edək ki, bundan əvvəl "Kataeb" partiyasının lideri Nizar Najaryan, eynilə bir neçə xarici diplomatın öldüyü və ya xəsarət aldığı barədə xəbərlər verilmişdi.

Zümrüd

Mənbə: publika.az