Karantini pozub evdə əyləncə quranlar belə cəzalandırılacaq - YENİ QAYDA

ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində karantin qaydalarına riayət etməyən vətəndaşlarla yeni mübarizə üsulu müəyyən olunub.

Publika.az xəbər verir ki, məhdudiyyətlərə əhəmiyyət verməyərək evlərində böyük əyləncə məclisləri təşkil edən sakinlərin su və elektrik enerjisi kəsiləcək.

Los Ancelesin bələdiyyə sədri Erik Qarketti qərarın sabahdan etibarən qüvvəyə minəcəyini bildirib. O, hər hansı problemin çıxması ehtimalına qarşı şəhərin polis departamenti ilə koordinasiyalı şəkildə işləyəcəklərini qeyd edib.

“Bütün bar və gecə klublarını bağlasaq da, evlər böyük gecə klublarına çevrilib. Qanunları pozurlar. Spirtli içki qanunlarını pozan barları necə bağladıqsa, cinayət təşkil edən hər yeri bağlaya bilərik”.

Yeni qaydalara əsasən, Los Anceles polisi şikayətlərin təkrarlanması təqdirində sosial məsafə qaydalarının pozulduğunu aşkarlayarsa, Su və Elektrik İdarəsinə müraciət edərək xidmətlərin dayandırılmasını istəyəcək.

Zümrüd

Publika.az

ƏVVƏLKİ XƏBƏR

İqor Volnitski: “Moldova mətbuatının təxminən 80%-i kimdənsə asılıdır” - MÜSAHİBƏ

SONRAKI XƏBƏR

Azərbaycanda kreditlərin sığortalanması bazarı 4 dəfə kiçilib