Dünya ulduzlarını geyindirən livanlı dizaynerlərin atelyeləri dağıntılar altında qaldı - VİDEO

Dünya ulduzlarını geyindirən livanlı dizaynerlərin atelyeləri dağıntılar altında qaldı - VİDEO

Avqustun 4-də axşam, Beyrut limanında partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda yanğın baş vermiş, daha sonra şiddətli partlayış meydana gəlmişdi. Qeyri-rəsmi məlumata görə, 100 nəfər dünyasını dəyişib, 4 min nəfər xəsarət alıb. Livanın paytaxtı fəlakət zonası elan edilib və 14 gün ərzində şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Partlayışın dərin iqtisadi və siyasi böhran fonunda baş verməsi ərzaq məhsullarının qiymətininə kəskin artımasına və valyutanın dəyərdən düşməsinə səbəb olub.

Publika.az xəbər verir ki, qurbanlara başsağlığı verən dünya şöhrətli livanlı dizaynerlər Eli Saab və Zahair Murad ölkəsinin başına gələn dəhşətli faciədən yazıb. Atelyerlər ən çox zərbə alan ərazidə yerləşdiyindən əksəriyyəti məhv edilib.

“Maison Rabih Kayrouz” moda evinin qurucusu Rabih Kayruz İnstaqramda Qemmayzdakı 19-cu əsr Sarayında yerləşən qərargahını göstərib. Partlayış binanı dağıdıb. Bütün avadanlıqlar və parçalar dağıntılar altında qalıb.

Eli Saabın da atelyesi zərər görüb, partlayış zamanı Eli Saab və komandası içəridə olub, lakin onların sağlamlıqları risk altında deyil.

Brendin sözçüsü, hamısının şok vəziyyətində olduqlarını, vətənlərinin başına gələn bu olaydan çox sarsıldıqlarını qeyd edib.

 

Eyni zamanda Zuhair Muradın atelyesi dəbli barları və restoranları ilə məşhur olan Qemmayz bölgəsində yerləşir - indi bina dağıdılıb.

“Ürəyim qırılıb, dayanmadan ağlayıram, illərcə çəkdiyin əziyyət sadəcə bir an içində buxarlanır”, - dizayner instaqtram paylaşımında qeyd edib.

O, binadan qalan dağıntıları da sosial şəbəkədə yayıb.

Aytən Məftun

Mənbə: publika.az