Xüsusi xidmət orqanı azərbaycanlılarla ermənilərin kütləvi davasının QARŞISINI ALDI

Xüsusi xidmət orqanı azərbaycanlılarla ermənilərin kütləvi davasının QARŞISINI ALDI

Rusiya Federal Təhlükəsizlik Xidməti Xantı-Mansisyk Muxtar Dairəsində azərbaycanlılarla ermənilər arasında kütləvi davanın qarşısını alıb.

Modern.az Rusiyanın Ura.ru saytına istinadən xəbər verir ki, dava Dağlıq Qarabağın hansı dövlətə məxsusluğu ilə bağlıə yaranmış mübahisədən qaynaqlanıb.

“Kütləvi dava iki gənc oğlanın iş yerində mübahisəsindən yaranıb. Qarabağın məxsusluğu ilə bağlı mübahisaə yarandı. Mübahisə edənlərdən birinin yaxın qohumunun həmin müharibədə həlak olduğu üzə çıxıb”.

Saytın məlumatına görə, erməni gəncin öz soydaşlarından yardım istəməsinə görə, azərbaycanlı gənc də Xantı-Mansiyskdə yaşayan soydaşlarını toplayıb. İki tərəfin gəncləri arasında planlaşdırılan kütləvi davanın qarşısı yerli diapsor rəhbərlərinin Federal Təhlükəsizlik Xidmətinə müraciətindən sonra alınıb.

Mənbə: modern.az