Rusiyalılar pensiyaya 55 yaşda çıxmaq istəyir - SORĞU

Rusiyalılar pensiyaya 55 yaşda çıxmaq istəyir - SORĞU

Rusiyalıların 31 faizi pensiyaya indi qüvvədə olan müddətdən də tez çıxmaq istəyirlər.

Cebhe.info xəbər verir ki, bunu keçirilən rəy sorğusunun nəticəsi göstərib. TASS agentliyinin məlumatına görə, qadınlar karyeraya daha tez son qoymağı düşünür.

Kişilərdə isə bu istək qadınlara nisbətən daha azdır. Belə ki, qadınların 39, kişilərin 23 faizi karyeraya 55 yaşda son qoymağı arzuladığını deyib.

Rəyi soruşulanların qadınların ancaq 17 faizi pensiyaya 65 yaşdan sonra çıxmaq istədiyini deyib. Kişilər arasında bu rəqəm 28 faiz olub.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info