Beyrut partlayışı nə üçün terror aktı yox, qəzadır – Elmi açıqlama

Beyrut partlayışı nə üçün terror aktı yox, qəzadır – Elmi açıqlama

4 avqust axşamı Beyrut limanından 2750 ton ammonium nitratın alışması ilə baş verən partlayışın ən böyük qeyri-nüvə partlayışlarından biri kimi tarixə düşüb.

Avropa.info xəbər verir ki, partlayıcı sahəsində ixtisaslaşmış İngiltərənin “Alford Technologies” şirkətinin direktoru Ronald Alford “Bu partlayış nüvə bombasından daha az və ənənəvi bombadan daha güclü kimi qiymətləndirilə bilər. Ehtimal ki, tarixin ən böyük qeyri-nüvə partlayışları arasında yer alır”, deyib.

Flanders Universitetinin Kriminal, Ətraf Mühit və Analitik Kimya Kollecinin eksperti Stüart Uolker partlayışın terror aktı deyil, qəza olduğunu bu fikirləri ilə izah edir:

“Partlayış kadrlarında əvvəlcə ağ və boz duman gördük. Ardınca böyük qırmızı duman buludu və göbələyə bənzər ağ bulud ortaya çıxdı. Bu ağ və boz dumanın ammonium nitrat, qırmızı və qəhvəyi dumanın azot oksidi və su olduğunu göstərir.

Ammonium nitratdan partlayıcı hazırlasanız qırmızı buludun görünməməsi lazımdr. Mənzərədə oksigen səviyyəsinin düzgün olmadığı və bu üzdən partlayıcı maddə kimi qarışdırılmadığı ortaya çıxır. Beyrut partlayışı qəsdən törədilməyibsə, qəza olduğu görünür”.

Mənbə: avropa.info