ŞOK: Beyrutu partladan ammonium nitrat rusiyalı iş adamına məxsus olub: Bütün dünya indi onu axtarır

ŞOK: Beyrutu partladan ammonium nitrat rusiyalı iş adamına məxsus olub: Bütün dünya indi onu axtarır

Kipr təhlükəsizlik xidmətləri Beyrutdakı partlayışla əlaqədar istintaq çərçivəsində bir rus iş adamının axtarışına başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstanın “Proto theme” nəşri yayıb.

Nəşrin bildirdiyinə görə, 2014-cü ildə Livan hakimiyyəti rusiyalı iş adamı İqor Qreçuşkinin gəmisini həbs edərək 2750 ton ammonium nitratını ələ keçirmişdi. Yük fəlakətdən əvvəl limandakı bir anbara daşınıb.

“Kipr səlahiyyətliləri səfərbər olub və mövzunun sonunu çözmək istəyirlər. Kiprdə ola biləcək Rusiya vətəndaşı İqor Qreçuşkin təhlükəsizlik xidmətləri tərəfindən axtarılır” deyə nəşr yazır.

Avqustun 4-də axşam Beyrut limanı yaxınlığında güclü partlayış baş verib. Ölkənin Daxili İşlər Nazirliyi partlayışa səbəb kimi 2750 ton ammonium nitratının düzgün saxlanılmamasını göstərir. Nəticədə 137 nəfər ölüb, 5 minə yaxın insan yaralanıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az