Rusiyada koronavirusdan daha 116 nəfər öldü

Rusiyada koronavirusdan daha 116 nəfər öldü

Rusiyada son sutka ərzində daha 5 267 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 871 min 894-ə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 684 nəfər.

Bildirilir ki, bir gündə virusdan həm də 116 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 14 min 606 nəfər olub.

İndiyədək 676 min 357 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.

Mənbə: virtualaz.org