Həkim COVİD-19 xəstəsini vertolyotla daşıyanda yoluxdu, həmin gün halı pisləşdi... CƏMİ BİR NEÇƏ GÜN SONRA ÖLÜB

Həkim COVİD-19 xəstəsini vertolyotla daşıyanda yoluxdu, həmin gün halı pisləşdi... CƏMİ BİR NEÇƏ GÜN SONRA ÖLÜB

Rusiyanın Krasnoyarsk vilayət xəstəxanasının reanimatoloqu İlya Jitkov ağır COVİD-19 xəstəsini vertolyotla xəstəxanaya çatdırarkən yoluxub. Həmin gün halı pisləşən həkim bir neçə gün sonra pnevmoniyadan ölüb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, xəstəxanadan yayılmış açıqlamaya əsasən həkim iyulun 26-da vertolyotla xəstəni daşıyarkən yoluxub. Həmin gün 54 yaşlı Jitkovun halı pisləşib. O, xəstəxanaya yerləşdirilib və avqustun 6-na keçən gecə reanimasiyada keçinib.

“Bu olduqca sürətli inkişaf edən kovid pnevmoniyası, septik şok nəticəsində baş verib”,-xəstəxanadan bildiriblər.

Bildirilir ki, həkimin heç bir başqa xəstəliyi olmayıb, 30 ildir xəstəxanada və sanitar aviasiyada işləyirdi. İyunun 1-dən o, “qırmızı zonada” işləyib və regionun ucqar rayonlarından ağır koronavirus xəstələrini xəstəxanalara daşıyıb.

Rusiyada bu vaxta qədər koronavirusdan 620-dən çox həkim və tibb personalının öldüyü bildirilir.

Virtualaz.org

Mənbə: virtualaz.org