Beyrutdakı partlayışda ölənlərin sayı 154-ə çatdı

Beyrutdakı partlayışda ölənlərin sayı 154-ə çatdı

Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı 154-ə çatdı.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl 149 nəfərin öldüyü və 5000-dən çox insanın yaralandığı bildirilmişdi.

Qeyd edək ki, avqustun 4-də Livan paytaxtında baş verən güclü partlayış Beyrut dəniz limanı bölgəsini silkələyib. Partlayış nəticəsində onlarla bina və avtomobili dağılıb və zədələnib, 300 mindən çox insan evsiz qalıb. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış altı il əvvəl gömrük xidmətləri tərəfindən müsadirə olunan 2700 tondan çox ammonium nitratın anbarda partlaması nəticəsində baş verib.

Nargilə HƏSƏN

Mənbə: modern.az