Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib

Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib

Bakı. Trend:

Cənubi Koreya prezidenti Mun Çje İn aramsız yağan leysanlarla əlaqədar ölkənin 7 şəhər və mahalını “xüsusi təbii fəlakət zonası” elan edib.

Trend-in məlumatına görə, son günlər ərzində davam edən leysan nəticəsində azı 17 nəfərə həyatını itirib. Daha 10 nəfər itkin düşmüş hesab edilir.

Təbii fəlakət zonalarında 6 mindən çox bina dağılıb, 2,5 minə yaxın sakin təxliyə edilib.

Yağıntıların davam edəcəyə təqdirdə “xüsusi təbii fəlakət zonaları” siyahısının artacağı istisna edilmir.

Mənbə: az.trend.az