Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurdu, biri öldü

Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurdu, biri öldü

Qəbələdə 4 yaşlı uşağı elektrik cərayanı vuraraq öldürüb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yemişənli kəndində baş verib.

Kənd sakinləri 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyev və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: axar.az