Hindistanda virusa yoluxanların sayı 2 milyonu keçdi

Hindistanda virusa yoluxanların sayı 2 milyonu keçdi

Koronavirus Hindistanı cənginə alıb.

Yenisabah.az xəbər verir ki, bu ölkədə virusa yoluxanların sayı 2 milyon nəfəri keçib.

ÜST-ün məlumatına görə, Hindistan ABŞ və Braziliyadan sonra bu göstəricini keçən üçüncü ölkə olub.

Qeyd olunur ki, son 1 milyon yoluxma ölkə ərazisində 20 gün ərzində qeydə alınıb. Son sutka ərzində isə 62 mindən çox şəxs koronavirusa yoluxub.

Bu günədək 41 673 nəfər virusdan həyatını itirib.

Mənbə: yenisabah.az