Birlikdə yaşadığı oğlanı bıçaqlayan qadın hakim qarşısına çıxarılır

Birlikdə yaşadığı oğlanı bıçaqlayan qadın hakim qarşısına çıxarılır

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Samirə Süleymanovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayının 31-də Binəqədi rayonunda baş verib. Göyçay rayon sakini 1995-ci il təvəllüdlü Orxan Əhmədov döş nahiyəsinə nüfuz edən bıçaq yarası ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib.

Onun kirayədə birgə yaşadığı Bərdə rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Süleymanova tərəfindən bıçaqlandığı məlum olub.

S.Süleymanovaya Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Mənbə: www.bizimyol.info