Gənc qızı avtomobil vurdu, ağır xəsarət aldı

Gənc qızı avtomobil vurdu, ağır xəsarət aldı

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.

Yolu keçən 1995-ci il təvəllüdlü Osmanlı Fəridə Vidadi qızını minik avtomobili vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək və ağır kəllə-beyin travması diaqnozları qoyulub. F.Osmanlının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. / "Report"

Mənbə: publika.az