Kürdəmirdə piyada yol-nəqliyyat hadisəsində xəsarət aldı

Kürdəmirdə piyada yol-nəqliyyat hadisəsində xəsarət aldı

Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Qarasu kənd sakini, 60 yaşlı İbrahimov Savəddin Qoca oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayon sakini Əli (soyadı dəqiqləşdirilir-red) adlı şəxsi vurub. Ağır xəsarət alan piyada təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

 

 

Mənbə: moderator.az