Piyada yolun ehtiyat zolağında olarkən avtomobil onu vurub

Piyada yolun ehtiyat zolağında olarkən avtomobil onu vurub

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, 58 yaşlı İbrahimov Fariz Bərşad oğlu xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Sabirabad rayon sakini Bağırov Nicat Münasib oğlunun idarə etdiyi “VAZ-2109” markalı piyada yolun ehtiyat zolağında olarkən avtomobil onu vurub kənd sakini, 58 yaşlı İbrahimov Fariz Bərşad oğlunu vurub. Hadisə zamanı avtomobil yol kənarındakı kanala düşüb. Ağır xəsarət alan F.İbrahimov isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Report

Mənbə: yenisabah.az