Hindistanda təyyarə sərt eniş edib, 20 nəfər ölüb

Hindistanda təyyarə sərt eniş edib, 20 nəfər ölüb

Bakı. Trend:

Hindistanın Kojikode şəhərində (Kerala ştatı) Air India Express sərnişin təyyarəsinin sərt enişi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti yerli hakimiyyət orqanlarına istinadən bildirib..

Bildirilib ki, təyyarənin komandiri və pilot ölənlər arasında olub. Hadisə nəticəsində 140-dan çox sərnişin yaralanıb, bəziləri ağır yaralanıb.

Bundan əvvəl NDTV kanalı 17 nəfərin ölüm xəbərini vermişdi.

Laynerin göyərtəsində ekipaj üzvləri daxil olmayaraq 184 nəfər (o cümlədən 10 körpə) olub.

Mənbə: az.trend.az