Türkiyədə zəlzələ baş verdi - Soyludan açıqlama

Türkiyədə zəlzələ baş verdi - Soyludan açıqlama

Türkiyənin Bitlis şəhərinin Hizan ilçəsində 4,6 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Zəlzələ yerin 6,99 km dərinliyində meydana gəlib.

Məsələ ilə bağlı açıqlama verən Türkiyə Daxili İşlər naziri Süleyman Soylu yeraltı təkanlar nəticəsində dağıntının olmadığını bildirib.

Mənbə: axar.az